Konqoda gəmi qəzaya uğradı - 27 nəfər həyatını itirdi

Konqo Demokratik Respublikasında sərnişin gəmisi qəzaya uğrayıb.

Metbuat.az bildirir ki, insident ölkənin cənub-qərbindəki Kasai çayında qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 27 nəfər ölüb, 54 nəfər itkin düşüb. Ölənlərin əksəriyyəti tətilə yollanan tələbələr olub. Ehtimala görə, hadisəyə gəminin həddən artıq yüklənməsi və yaxud gəminin kapitanının sərxoş vəziyyətdə olması səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR