Play Store

Suraxanıda "DAEWOO", Sabunçuda "Mercedes" yanıb

Bakı şəhəri, Suraxanı rayonunda yanğın qeydə alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "DAEWOO" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakı şəhəri, Sabunçu rayonunda Səhiyyə Nazirliyinin balansında olan "Mercedes" markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.\

Bakıda 22 yaşlı qız üçüncü dəfə həbs olundu - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR