Ayaqqablarınızı paltaryuyan maşında yuyursunuz? Bu xəbərdən sonra fikrinizi dəyişdirəcəksiniz.
Metbuat.az xəbər verir ki, yay bitmədən bu mətbəx hiylələrini sınaqdan keçirməlisiniz.
Meyvələrdən buz hazırlayın
Dondurucuda heç buzunuz yoxdursa, su əvəzinə meyvələri dondurun. Xüsusilə, qırmızı meyvələri donduraraq buz kimi isifadə edə bilərsiniz.
Göyərtilərdən fırça hazırlayın
Yay aylarında getdiyiniz istirahət mərkəzlərində, pikniklərdə ətləri yağlamaq üçün göyərtiləri, xüsusilə ətotunu fırça olaraq istifadə edə bilərsiniz.
İdman ayaqqabılarını qabyuyan maşında yuyun
Nə qədər qəribə səslənsə də, idman ayaqqabılarınızı yumaq üçün qabyuyan maşından istifadə edə bilərsiniz. Sadəcə ayaqqabınızın içərisindəki dabanlıqları çıxarın və tərs şəkildə qabyuyan maşına yerləşdirin.
Qarğıdalını asanlıqla təmizləyə biləcəksiniz
Qarğıdalını təmizləməyin çətin olduğu deyilir, ancaq hər şey kimi bunun da sadə üsulu var. Qarğıdalını mikrodalğalı sobaya atın və bir neçə dəqiqə saxlayın. Sobadan çıxartdıqdan sonra asanlıqla təmizləyəcəksiniz.
Aysel Yaqubqızı / Metbuat.az
İnternetin sürətini bu üsulla artırın - Kartof dalğaları gücləndirir - Oxumaq üçün tıkla |