Azərbaycanda 1666 uşaq ölüb, 173-ü isə... - Dəhşətli statistika

2016-cı ildə 1666 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, uşaq ölümlərinin səbəbləri arasında perinatal dövrdə meydana çıxan hallardan ölüm səbəbi birinci yerdə dayanır. Ötən il 1090 uşaq bu səbəbdən, 173 uşaq isə tənəffüs sistemi xəstəliklərindən dünyasını dəyişib.

Statistik məlumatlara əsasən, 2010-cu ildə 1843, 2011-ci ildə 1903, 2012-ci ildə 1884, 2013-cü ildə 1862, 2014-cü ildə 1655, 2015-ci ildə isə 2 min 33 nəfər, 2016-cı ildə 1 666 nəfər bir yaşa qədər uşaq dünyasını dəyişib.

Aysel Yaqubqızı / Metbuat.az

Bu uşaqların ölüm riski daha yüksəkdir - ARAŞDIRMA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR