Play Store

Mədə ağrısını yox edən təbii üsullar - XALQ TƏBABƏTİ

Siqaret çəkmək, alkoqol, yatmazdan əvvəl yemək, stress, yağlı qidalar mədə yanmasına səbəb ola bilər.

Metbuat.az xəbər verir ki, mədə göynəməsi zamanı aşağı sinədə yanma hissi, boyun və çənədə ağrı əmələ gəlir. Ağızda acı, turş bir dad olur. Udğunmaqda çətinlik yaranır.

Mədə göynəməsi  və turşumasının qarşısı necə alınır?

Çəkiniz artıqdırsa, arıqlamağa çalışın. Alkoqol istehlakından qaçın. Kofeini az miqdarda istifadə etməyə çalışın. Tərkibində turşu olan qidalardan, şokoladdan və qazlı içkilərdən mümkün qədər uzaq durun. Yatarkən sağ tərəfinizdə yatın.

Mütəxəssislər deyir ki, təbii üsullar ilə mədə göynəməsindən xilas ola bilərsiniz.

Badam

15-20 ədəd badam mədə yanmasından qaynaqlanan ağrılar üçün faydalıdır. Ağrıları yarım saat içərisində sakitləşdirir. Mütəxəssislər bu problemi yaşayanlara yeməkdən sonra bir neçə ədəd badam yeməyi məsləhət görür.

Alma sirkəsi

Yarım stəkan suyun içərisinə 2 yemək qaşığı alma sirkəsi əlavə edin. Yeməklərdən sonra için. Bu üsul mədə qıcqırması üçün faydalıdır.

Darçın

Bir stəkan suyu qaynadın. Qaynadılan suyun içərisinə bir şorba qaşığı əzilmiş darçın əlavə edin. Hazırladığınız qarışıq mədədəki iltihabı sağaldır.

Sarımsaq

Bir diş sarımsaq çeynəmək mədə yanmasına yaxşıdır. Buna alternativ olaraq alma sirkəsinin içərisinə bir neçə ədəd sarımsaq ataraq içə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Dərman qəbulundan sonra pendir yeməyin - DİQQƏT! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR