Bu ölüm xəbəri hər kəsi üzdü...

Azərbaycanda gənc mədəniyyət yazarı, teatrşünas Niyaz Cəfərov vəfat edib.

Məlumata görə o, 16 iyulda Xızı-Altıağac yolunun 12-ci kilometrliyində baş verən avtomobil qəzasında dünyasını dəyişib.

10 MX 002 dövlət nömrə nişanlı “Range Rover”lə 90 MO 770 qeydiyyat nişanlı “Hyundai” toqquşub. Nəticədə “Hyundai”ı idarə edən Faiq Cəfərovla anası Elmira Cəfərova ağır bədən xəsarətləri alıb. Sürücünün qardaşı, 29 yaşlı Niyaz Cəfərov isə vəfat edib.

Niyaz Cəfərov ailəli idi. Onun Nərgiz adlı qızı vardı.

O,“Kaspi” qəzetinin “Teatr” əlavəsinin ən fəal müəlliflərindən idi.

Allah rəhmət etsin! 

Nişanlı qızı şortik geyindiyinə görə döydülər - FOTOLAR - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR