İlan sancan aparıcı evə buraxıldı

İlan sancan aparıcı evə buraxıldı
16:27 17 İyul 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Beyləqan rayonunda çəkiliş zamanı ilan sancan aparıcı İlqar Mikayıloğlu xəstəxanadan evə buraxılıb.

Milli.az xəbər verir ki, bu barədə Trend-ə İ.Mikayıloğlu özü məlumat verib.

O qeyd edib ki, özünü normal hiss edir: "Özümü yaxşı hiss edirəm, vəziyyətim normaldır. Bakıda klinikada müalicə olundum və evə buraxıldım. İşlərimi davam etdirirəm".

Qeyd edək ki, iyulun 14-də Beyləqan rayonu ərazisində "İlqarla bir gün" verilişinin çəkilişi zamanı verilişin müəllif və aparıcısı İ.Mikayıloğlunun sağ baldır nahiyəsindən ilan sancmışdı. Aparıcıya Beyləqandakı hospitalda ilkin tibbi yardım göstərildikdən sonra o, müalicə üçün Bakıdakı klinikalardan birinə gətirilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/564188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR