Yeyib yatanlarda bu xəstəlik yaranır

Yeməkdən sonra ağırlaşırıq və yuxu istəyirik. Həkimlər isə yeməkdən dərhal sonra yatmamağı məsləhət görür. 

Məsələ ilə bağlı həkim-dietoloq Amaliya Rəhimova Metbuat.az-a açıqlamasında deyib: “Yeməkdən sonra yatmağa birmənalı yanaşmaq lazım deyil. Əlbəttə, axşam vaxtı çox yeyib yatmaq zərərlidir. Yeməkdən sonra yatan insanın qanında şəkərin səviyyəsi qalxır ki, bu da gələcəkdə 2-ci tip şəkərli diabet riskini artırır. Şəkərli diabet xəstəliyi olanlar yeməkdən sonra yatmamalıdır. Günorta yeməyindən sonra dincəlmək, hətta mürgüləmək isə çox faydalıdır”.

Həkim əlavə edib ki, akademik Pavlov itlər üzərində eksperiment aparıb. Belə ki, 2 iti yedizdirib, birini ova, digərini isə dincəlməyə göndərib. Bir neçə saatdan sonra hər iki iti yarıblar və ova gedən itin mədəsindəki yemək olduğu kimi qalıb. Dincələn it isə yeməyi həzm edib. Bu ondan xəbər verir ki, qidalanma özü ağır proses olduğundan, ona enerji və zaman sərf olunmalıdır. Qısa müddətlik dincəlmək isə bu prosesi tənzimləyir.

Aysel Yaqubqızı / Metbuat.az

Limonu bu halda yeyin - Xərçəngi yox edir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR