SON DƏQİQƏ: Ermənistan ordusu bir-birini qırır

Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan ordusunun bölmələrindən birində hərbi qulluqçular arasında atışma baş verib. Nəticədə zabit və əsgər yaralanıblar.

İnsidentə səbəb müdafiə mövqelərindən birində yerləşən postda əsgərin mühəndis işlərinin yerinə yetirilməsindən imtina etməsi olub.

İlkin məlumata görə, Madagiz yaşayış məntəqəsində yerləşən dağ-atıcı alayın bölüklərindən birinin komandiri baş leytenant Vaxe Qriqoryan içkili vəziyyətdə silah tətbiq edəcəyi hədəsi ilə əsgəri özü üçün qəbir qazmağa məcbur edib. Təhqirlərə dözməyən əsgər avtomat silahından atəş açaraq zabiti boğazından ağır yaralayıb. Hadisədən sonra əsgər özünə də atəş açaraq qəsd etmək istəyib.

Hadisə yerinə gələn digər hərbi qulluqçular yaralılara ilkin tibbi yardım göstəriblər. Hər iki hərbi qulluqçu hərbi hospitala yerləşdirilib. //Trend

Uşaq əməyinin ən pis formaları - ARAŞDIRMA - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR