Manatın iyun üzrə orta məzənnəsi

Manatın iyun üzrə orta məzənnəsi
17:52 17 İyul 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Statistika Komitəsi Azərbaycan manatının iyun ayı üzrə orta məzənnəsini açıqlayıb.

Milli.Az xəbər verir ki, Komitədən APA-ya verilən məlumata görə, ötən ay milli valyutamızın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,74) manata, 1 avroya qarşı 1,91 manata (1,88), 100 rus rublu ilə müqayisədə 2,94 manata (3,00) bərabər olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı iyulun 18-nə USD/AZN rəsmi məzənnəsini 1,7022 səviyyəsində müəyyən edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/564231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR