İranda narkotik ticarətində ittiham edilmiş 10 yaşlı uşaq asıldı

İranda narkotik ticarətində ittiham edilmiş 10 yaşlı uşaq asıldı
18:37 17 İyul 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

İranın Belucistan vilayətinin iki şəhərində hakimiyyət dörd nəfəri qeyri-qanuni narkotik dövriyyəsində günahkar bilərək edam edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, asılaraq qətlə yetirilənlər arasında 10 yaşlı uşaq da var.

İttiham edilmiş şəxslər ötən cümə günü Zahedan həbsxanasında edam olunublar.

Edamdan sonra öldürülmüş şəxslərin cəsədləri 50 dərəcə istidə günəşin altında bütün gün ərzində həbsxananın ərazisində qalıb.

"Iran Human Rights" bildirir ki, son 12 gün ərzində İranda 56 edam cəzası gerçəkləşdirilib. Edam edilənlərdən 31 nəfəri narkotiklərlə bağlı cinayətlərdə ittiham olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/564022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR