Arvadını yataqda gənc oğlanla yataqda tutan yazıçı - 15 illik xəyanət - FOTO

Arvadını yataqda gənc oğlanla yataqda tutan yazıçı - 15 illik xəyanət - FOTO
18:42 17 İyul 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+

Fransız yazıçısı və filosofu Volteri müasirləri dahi hesab edirdilər. Onun fikirlərinə zadəganlar və krallar qulaq asırdılar, yazdığı ədəbi əsərlər isə böyük uğur qazanırdı. Ağıl və istedad şübhəsiz ki, vacibdir, amma Volter parlaq karyerasını həm də onun qarşısına çıxan markiz dyu-Şatleyə borcludur. Bu qadın yazıçı üçün sevgili, həyat dostu, demək olar ki, hər şey olub. Məhz o, atəşli Volterin daxili ehtiraslarını, enerjisini lazımi məcraya yönəldirdi.

Французский философ Вольтер (наст. имя Франсуа Мари Аруэ). | Фото: liveinternet.ru.

Əsl adı Fransua-Mari Arue olan, tarixin ən maraqlı şəxsiyyətlərindən, XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi, filosof, insan hüquqları müdafiəçisi Volter haqqında yazını təqdim edirik:

Volterin ədəbi fəaliyyətinin başlanğıcı kifayət qədər uğurlu idi. Onun yazdığı faciələr oxucular tərəfindən iltifatlarla qarşılanırdı. Amma yüksək vəzifəli məmurun ünvanına yazdığı satirik şeirləri yazıçını dəmir barmaqlıq arxasına gətirib çıxardı. Sonralar Volter eyni səbəbdən yenidən həbsxanaya düşür. Azadfikirlilik yazıçı və filosofu rahat yaşamağa imkan vermirdi. Məmurların ünvanına etdiyi tənqidi fikirlərinə görə Volter polisdən gizlənməli olur.

Маркиза Эмилия дю Шатле. | Фото: liveinternet.ru.

1733-ci ildə o, Lotaringiyaya qaçır və ehtirasların səngiməyini gözləyir. Lakin gecələrindən birində Volter evin yaxınlığında gəzən zaman onun yoluna əlləri dəyənəkli insanlar çıxır. Onu çox güman ki, döyəcəkdilər, amma həmin an qaranlıqdan at üzərində qadın peyda olur. Bədxahlar görünmələrini istəmədən gizlənirlər. Qadın özünü markiza dyu-Şatle kimi adlandırır. O, heyrət dolu Volterə onun ardınca Sirey qəsrinə getməyi təklif edir.

Volter xanım Şatlenin qəsrində məskunlaşır, ona vurulur, öz sevgilisi adlandırır, əsərlərini ona ithaf etməyə başlayır. Emiliya dyu-Şatle də ona eyni məhəbbətlə cavab verirdi. Yeri gəlmişkən, Volter heç vaxt bilmədi ki, Emiliya onun azadlığı müqabilində kral möhürünü saxlayan nazirə nə söz vermişdi. Onu inandıra bilmişdi ki, Volter daha hakimiyyəti nüfuzdan salan heç nə çap etməyəcək.

Замок Сирей. | Фото: upload.wikimedia.org.

Emiliya dyu-Şatle çox savadlı qadın idi. O, təbiət elmlərini öyrənir, elmi əsərlərin tərcüməsi ilə məşğul olur, müasirləri arasında isə orijinallığı ilə seçilirdi. Şatle ailəli idi, amma bu, onun məşuqlara malik olmasına mane olmurdu. Məsələ burasındadır ki, XV Lüdovikin zamanında bu cür vəziyyət adi norma sayılırdı. İlk görüş zamanı Volterin 39, Emliyanın isə 27 yaşı var idi.

Məhz Sirey qəsrində Emiliyanın qayğısının əhatəsində Volter öz əsərlərinin böyük bir hissəsini yazır. Yazıçı Emiliyanın və onunla bağlı olan hər şeyin vurğunu idi. Əgər əvvəllər Volter musiqiyə maraq göstərmirdisə, Emilyanın arada nəğmə oxuması onu heyrətə gətirirdi.

Вольтер и маркиза Эмилия дю Шатле. | Фото: radikal.ru.

Emiliya da ona eyni məhəbbətlə cavab verirdi: o, Volterin fəlsəfi mühakimələrinə qulaq asır, onunla tarixi, elmi müzakirələr edirdi. Eyni zamanda, qeyd etmək lazımdır ki, Emiliya dyu-Şatle öz soyuqqanlılığını saxlayırdı. O, kral möhürünü saxlayan nazirə verdiyi sözü də, axıra qədər qoruyur: Volterin hökumətin acığını gələ biləcək heç bir əsəri çapa getmirdi. Amma bu, o demək deyildi ki, belə əsərlər yox idi. Məhz qadının uzaqgörənliyi sayəsində yazıçının bir çox fəlsəfi əsərləri günümüzə gəlib çatdı. Bundan başqa, 1746-ci ildə Volterə zadəgan titulu və kral yanında tarixçi vəzifəsi verildi.

Маркиза Эмилия дю Шатле. | Фото: turkaramamotoru.com.

Sirey qəsrində məskunlaşandan 15 il sonra yazıçı bildi ki, sevgilisi ona xəyanət edir. Rəqib gənc hərbiçı və istedadsız şair olan markiz Sen-Lamber idi. Filosof qadının vəfasızlığından təsadüfən xəbər tutur. Bir dəfə o, onun otağına xəbərdarlıq etmədən girir və çarpayısında gənc bir kişi görür. Əsəbi şəkildə yataq otağından çıxan Volter əşyalarını toplamağa gedir. Emiliya ona çatır və bütün qadın gözəlliyini işə salaraq emosional yazıçını fikrindən daşındırmağa çalışır: "Etiraf edin ki, indi siz bizim müəyyən etdiyimiz rejimi davam etdirmək iqtidarında deyilsinız. Bir gənc zabitin sizə kömək etmək istəməsinə bu qədər qəzəblənərlər?".

Вольтер - французский писатель и философ. | Фото: colors.life.

54 yaşlı Volter etiraf etməyə bilməzdi ki, "yataq işlərində" o, 30 yaşlı rəqibinə şübhəsiz ki, məğlub olur. Bununla barışır, ertəsi gün yazıçı artıq əsrarəngiz Emiliyanın intim meylləri haqda Sen-Lamberlə məsləhətləşirdi. Yaranmış vəziyyət barədə Volter öz xatirələrində belə yazırdı: "Mən Rişelyeni əvəzlədim, Sen-Lamber də məni. Bu hadisələrin təbii gedişatıdır, dünyada hər şey belə də gedir".

Bir müddət sonra markiz dyu-Şatle hamilə qalır. Volter xanımını inandıra bilir ki, gələn uşaq məhz ondandır. Emiliya yaşına görə doğuşun mümkün olmayacağını düşünərək məyusluq keçirirdi, lakin doğuş sürətli və asan keçdi. Təəssüf ki, Emiliya doğuşdan 3 gün sonra dünyasını dəyişir. Körpə də anasız az yaşayır.

Маркиза Эмилия дю Шатле. | Фото: qadin.net.

Volter üçün məşuqəsinin, rəfiqəsinin, sevgilisinin ölümü ona güclü zərbə oldu. O, qəsrdə ora-bura vurnuxur, dostlarına ümidsiz məktublar yazır, zəhər içərək həyatla vidalaşmaq istəyini dilə gətirirdi. Prussiya kralına yazdığı məktubda filosof çox əziyyət çəkdiyini dilə gətirir: "Mən uzun illər ərzində dəli kimi sevdiyim bir adamı itidrim. Bu dəhşətli ölüm mənim həyatımı həmişəlik zəhərlədi. Mən hələ Sireydəyəm. Bilmirəm, onun nuru ilə işıqlanan evi necə tərk edim. Göz yaşları içində əriyirəm. Özümün yarısını itirdim, ruhumu itirdim".

Xoşbəxtlikdən özünü toparlaya bilir. Volter sevgilisinin ölümündən sonra daha 29 il yaşayır. Emiliya ilə keçən zamanı isə filosof, "yerdəki cənnət" adlandırır.

Volter hər dəfə qeyd edirdi ki, əgər tale onun qarşısına əsrarəngiz Emiliya dyu-Şatleni çıxarmasaydı, o, ömrünü dünyanın ən qorxunc həbsxanalarından biri - Bastiliyada keçirəcəkdi./Publika.az

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ərdoğan BMT-də Qarabağdan danışdı

20 Sentyabr 2017 02:24

Gəyirmənin səbəbi və qarşısını almaq üsulları

20 Sentyabr 2017 02:03

Ebru Gündeş Bakıda toyda

20 Sentyabr 2017 01:59

İlham Əliyev BMT-də nahara qatıldı

20 Sentyabr 2017 01:49

Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər

20 Sentyabr 2017 01:47

Kariyesin yaranma səbəbləri məlum oldu

20 Sentyabr 2017 01:45

Sitalçayda 350 ədəd partlamamış hərbi sursat aşkar edilib

20 Sentyabr 2017 01:42

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

20 Sentyabr 2017 01:32

Ərdoğan: "Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik"

20 Sentyabr 2017 01:28

İlham Əliyev BMT-nin baş qərargahında rəsmi dövlət naharında iştirak edib

20 Sentyabr 2017 01:22

"Rosneft" İraqdakı regional hökumətlə müqavilə imzaladı -

20 Sentyabr 2017 01:20

Rusiya hərbi təyyarələri amerikalı əsgərləri vurdu -

20 Sentyabr 2017 01:05

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20 Sentyabr 2017 00:52

Daha bir ölkə Ərbilin referendum qərarına qarşı çıxdı

20 Sentyabr 2017 00:49

Meksikada güclü zəlzələ: ölənlər var

20 Sentyabr 2017 00:44

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48

Bu ölkədə hicaba qadağa qoyuldu

19 Sentyabr 2017 23:38

75 ildir evli olan cütlük eyni gündə vəfat ediblər -

19 Sentyabr 2017 23:34

Daha bir ev kül oldu

19 Sentyabr 2017 23:29

Meksikanın paytaxtında 7,4 bal gücündə zəlzələ baş verib

19 Sentyabr 2017 23:27

Rusiya Dövlət Kitabxanası təxliyə edildi - Bomba həyəcanı

19 Sentyabr 2017 23:23

Proqnoz -

19 Sentyabr 2017 23:21

İraq ordusu daha bir bölgədə əməliyyatlara başladı -

19 Sentyabr 2017 23:15

Şəkidə qadın özünü asdı

19 Sentyabr 2017 23:14

Myanmada təqribən 200 kənd yandırılıb

19 Sentyabr 2017 23:12

İsveçrəda üzün bağlanmasına qadağa

19 Sentyabr 2017 22:54

"Mariya" qasırğası ABŞ-a yaxınlaşır -

19 Sentyabr 2017 22:50

Sevdiyim üçün dua edirəm

19 Sentyabr 2017 22:33

ABŞ müdafiə xərclərinə rekord məbləğdə vəsait ayıra bilər

19 Sentyabr 2017 22:33

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

19 Sentyabr 2017 22:32

Göygöldə qəza: iki avtomobil toqquşdu

19 Sentyabr 2017 22:23

Ruhani ABŞ-ı hədələdi -

19 Sentyabr 2017 22:14

Külli miqdarda pul unitazlara atıldı -

19 Sentyabr 2017 21:55

Ağdamd ev kül oldu

19 Sentyabr 2017 21:49

Salyanda dəhşətli qəza: 4 qadın öldü

19 Sentyabr 2017 21:44

Azərbaycanda şagird müəllimə "Faşist salamı" verdi -

19 Sentyabr 2017 21:40

“Qızıl oğlan” mükafatına namizədlərin SİYAHISI

19 Sentyabr 2017 21:38

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

19 Sentyabr 2017 21:32

BNA sürücülərin döyülməsindən narahatdır -

19 Sentyabr 2017 21:30

Rahibələrin rok qrupu dünya turnesində - VİDEO

19 Sentyabr 2017 21:28

"Deutsche Bank" maliyyə böhranına səbəb ola biləcək amilləri sadalayıb

19 Sentyabr 2017 21:17

Azərbaycanlı kənd təsərrüfatı mütəxəssisləri beynəlxalq təcrübəni öyrənirlər

19 Sentyabr 2017 21:17