Rusiya İsrailə zəmanət verdi: "İsrailin mənfəəti nəzərə alınacaq"

Rusiya xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən Kollektiv Təhlükəsizlik Andı təşkilatının növbəti iclasında, İsrailin baş naziri Binyamin Netanyahunun, Rusiya və ABŞ arasında razılaşdırılan və Suriyanın cənubunda atəşkəs bölgəsi yaradılmasını nəzərdə tutan anlaşmaya qarşı çıxmasına münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, Lavrov Rusiya və ABŞ-ın anlaşmanın detalları barədə İsraili xəbərdar etdiklərini deyib:

"Məlumatlandırılan tərəflərdən biri də İsraildir. İsraildən olan həmkarlarımızın anlaşmanın bütün detallarından xəbərləri var.

Bir daha qeyd edirəm: Suriyada atəşkəs bölgəsi yaradılarkən İsrailin mənfəəti nəzərə alınacaq".

Qeyd edək ki, Binyamin Netanyahu sözügedən bölgənin İrana üstünlük qazandıracağını bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR