Türkiyədə fövqəladə vəziyyət dördüncü dəfə yenə 3 ay müddətinə uzadıldı

Türkiyədə fövqəladə vəziyyət dördüncü dəfə yenə 3 ay müddətinə uzadıldı
19:47 17 İyul 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Parlamenti ölkə ərazisində fövqəladə vəziyyətin daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul edib. Milli.Az Trend-ə istinadən bildirir ki, daha öncə fövqəladə vəziyyətin müddətinin daha 3 ay uzadılması ilə bağlı ölkənin baş naziri Binəli Yıldırm çıxış etmişdi.

Qeyd edək ki, bu artıq dördüncü dəfədir ki, Türkiyədə fövqəladə vəziyyətin müddəti uzadılır. Türkiyədə fövqəladə vəziyyət ötən ilin iyul ayında hərbi çevrilişə cəhddən sonra tətbiq edilib. Həmin vaxtdan sonra ölkə parlamenti tərəfindən fövqəladə vəziyyət 3 dəfə 3 ay müddətinə uzadılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/564252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR