Misirdən Qətərə qarşı yeni həmlə - Böhran böyüyür

Artıq Qətər vətəndaşlarından Misir ərazisinə daxil olarkən viza tələb ediləcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə Qahirə Beynəlxalq Hava Limanı bəyanat yayıb. Bəyanatda qeyd olunub:

"Qətər vətəndaşlarından viza tələb olunacağı ilə bağlı bütün beynəlxalq hava limanları və sərhəd-keçid məntəqələri məlumatlandırılıb. Növbəti həftənin cümə axşamından etibarən diplomatlar da daxil olmaqla, bütün Qətər vətəndaşlarından Misirə daxil olarkən viza tələb ediləcək".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR