Avtomobilində 61 min dollarlıq qızıl tapılan Azərbaycan vətəndaşı gürcülər tərəfindən saxlanılıb - DGK

Bu gün bir sıra kütləvi informasiya vasitələrində Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşının Gürcüstan gömrükçüləri tərəfindən saxlanıldığı və yoxlama zamanı onun avtomobilindən ümumi dəyəri 61 000 ABŞ dolları təşkil edən 2.5 kq qızıl məmulatları aşkar edildiyinə dair məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycan vətəndaşı Rəhman Şirinov VAZ-21 723 markalı 45 BX 890 dövlət nömrə nişanlı avtomobili ilə Azərbaycandan Gürcüstana deyil, Gürcüstandan Azərbaycana gəlmək istəyərkən qonşu ölkənin gömrükçüləri tərəfindən saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR