Play Store

Azərbaycanda işsizlərin sayı açıqlandı - STATİSTİKA

2017-ci il iyulun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 mln. 44,2 min nəfər olub.

Metbuat.az bildirir ki, Dövlət Statistika Komitəsinin son hesablamalarına görə, onlardan 4 mln. 792,7 min nəfərini məşğul əhali təşkil edib. 

2017-ci ilin yanvar-may aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150 saat təşkil edib. 

İyulun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,3 min nəfər olub, onların 37,3%-ini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 258,3 manat olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR