Play Store

Ceyms Bond qadın olacaq? - Ehtimallar artır

Ceyms Bond rolunu kimin oynayacağı hələ də bəlli deyil. Son olaraq, Böyük Britaniyanın aparıcı bukmeker kontorları rolun qadın aktrisalardan birinə qismət olacağına dair əmsalları azaldıblar. Bu, o deməkdir ki, qadınlardan birinin yeni Ceyms Bond olmaq ehtimalı artır.

Metbuat.az-ın məlumatına görə, azalan trend, tarixində ilk dəfə aparıcı rolu Codi Uittakerə həvalə olunan "Doctor Who" serialı ilə birbaşa əlaqədardır.

Hazırda "William Hill" bukmeker kontoru Bond rolunu hansısa qadın aktrisanın oynaması ehtimalını 13.00 əmsalla qiymətləndirir. Daha öncə bu rəqəm 20.00-a bərabər idi. Bənzər düşüş "Ladbrokes"un əmsallarında da müşahidə olunur.

Ceyms Bond seriyasının ilk filmi 1962-ci ildə çəkilib. Geridə qalan 26 filmdə əsas obrazı oynayan aktyorlar 7 dəfə dəyişilib, ancaq onların sırasında qadınlara rastlamaq mümkün deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR