"Bu gündən Latviya və Azərbaycan strateji tərəfdaş hesab olunurlar” - Prezident İlham Əliyev

Bu gün Riqada Latviya-Azərbaycan biznes forumu keçirilib. Forumda Azərbaycan prezidenti İlham Əliyev də çıxış edib.

Ölkə başçısı çıxışı zamanı ölkələrin artıq strateji tərəfdaş olduqlarını vurğulayıb:

“Mənim səfərim ikitərəfli münasibətlərimizin inkişafında çox mühüm addımdır. Bu gündən etibarən Latviya və Azərbaycan strateji tərəfdaş hesab olunurlar. Bu gün biz ölkələrimiz arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannaməni imzaladıq. Bu, çox yüksək səviyyəli əməkdaşlıqdır və bəyannamədə bir çox sahələr, o, cümlədən iqtisadi və ticari əməkdaşlıq əhatə olunur.

Bu müqavilələr isə bizim bu səhər cənab Prezidentlə müzakirə etdiklərimizi əks etdirəcəkdir. İqlim şəraitimizin müxtəlifliyinə görə bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyil. Bunlar bir-birini müxtəlif mallarla təmin edə bilən iqtisadiyyatlardır. Bizim Latviyaya ixracımızı və Latviyadan Azərbaycana idxalı artırmaq üçün yaxşı fürsətlər var. Biz əsasən sizin istehsal və ixrac etdiyinizi idxal edirik, siz də bizim istehsal və ixrac etdiyimizi idxal edirsiniz. Bu, ticarət dövriyyəsini artırmaqla bağlı konkret layihələr üzərində işləmək üçün fəaliyyəti Hökumətlərarası Komissiya tərəfindən əlaqələndirilən biznes qruplarının işidir.

Beləliklə, biz çox vacib məqama gəlib çatırıq. Bu barədə daha çox informasiyaya malik olmaq lazımdır. Çünki yaxşı investisiya portfelinə malik olmaq üçün bizim bütün əsas ilkin şərtlərimiz var. Bu isə güclü siyasi əlaqələrdir. Biznes çox həssasdır və biznesmenlər adətən sabit mühitə investisiya qoyurlar. Buna görə də ölkələrimiz arasında güclü siyasi və dost münasibətlər investisiyaların qoyuluşunu çox cəlbedici edir. İndi biz potensial investisiya sahələrini müəyyənləşdirməli və biznes qruplarının yerli tələbata uyğun planlarını koordinasiya etməliyik. Zənnimcə, bu böyük auditoriyanı nəzərə alaraq bunu etmək asan olacaqdır. Əminəm ki, bu gün bir çox yeni biznes əlaqələri qurulacaqdır. Əlbəttə, mən Latviya şirkətlərini Azərbaycanda podratçı qismində işləməyə bir daha dəvət etmək istəyirəm. Azərbaycanda müxtəlif layihələri icra etmiş bir neçə Latviya şirkəti olmuşdur. Bu layihələr çox uğurlu və yüksək səviyyədə icra edilmişdir. Buna görə də şirkətlərinizin yaxşı ekspert biliyi, nüfuzu və peşəkar səviyyəsi var. Biz Azərbaycanda sizin şirkətlər üçün maraqlı ola biləcək bir çox infrastruktur layihələrini həyata keçiririk.

Bizim Latviya ilə elə güclü əməkdaşlıq formatımız var ki, daha geniş tərəfdaşlığa başlamaq təbii olardı. Bu gün biz, həmçinin biznes, turistlər, xalqlar arasında əlaqələr üçün çox vacib məsələni müzakirə etdik. Söhbət il ərzində fəaliyyət göstərəcək Bakı və Riqa arasında birbaşa uçuş reysindən gedir. İndi bizim mövsümi reysimiz var, biz onu daimi etmək istəyirik. Bu, əlbəttə ki, əlavə fürsətlər yaradacaq və eyni zamanda, biznes ictimaiyyətinin nümayəndələri bir-birini ziyarət etmək üçün bu reysdən daha müntəzəm istifadə edərlərsə bu, həmin reysi kommersiya cəhətdən çox cəlbedici edəcəkdir. Beləliklə, reys təkcə ölkə rəhbərliyinin qərarı ilə deyil, eyni zamanda, kommersiya cəhətdən də əsaslandırılmış olardı. Sizin diqqətinizi yönəltmək istədiyim sonuncu məsələ turizmdir. Bizim iqlimlərimiz və hava şəraitimiz də çox fərqlidir. Hesab edirəm ki, bu, bir üstünlükdür. Çünki bizim insanlar ola bilsin qızmar yayda sərinləməyə üstünlük verir, latviyalılar isə çox güman ki, qış və digər mövsümlərdə daha çox günəşli havaya can atırlar. Buna görə də turizmə investisiya qoymaq və bizim məkanları turizm şirkətlərinə çox cəlbedici etmək üçün böyük potensial mövcuddur. Lakin bunun üçün bizim əlbəttə ki, daha çox əlaqələrimiz olmalıdır. Biz bir-birimizi daha yaxşı tanımalıyıq, daha çox təqdimatlar, daha çox belə forumlar keçirməliyik və bu, bizim münasibətlərimizi gücləndirəcəkdir. Bizim etdiklərimizin hamısı Latviya və Azərbaycan arasında münasibətlərin gücləndirilməsinə yönəlib və mənim bu səfərim buna çox vacib bir töhfədir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Elmə məlum olmayan inək cinsi tapıldı

24 Sentyabr 2017 14:38

Gürcüstanın hakim partiyası Marneulinin icra başçısı vəzifəsinə azərbaycanlının namizədliyini irəli sürüb

24 Sentyabr 2017 14:37

Azərbaycanda qəribə toy: boşandığı əri ilə yenidən evləndi

24 Sentyabr 2017 14:33

Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışı olub

24 Sentyabr 2017 14:27

56 yaşlı baş məşqçi 29 yaşlı qızla evləndi - FOTO

24 Sentyabr 2017 14:27

22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı

24 Sentyabr 2017 14:24

Gürcüstan və Ermənistan Kür çayına məişət tullantıları axıdır - Nazirlik

24 Sentyabr 2017 14:23

Londondakı hücumla bağlı 15 yaşlı gənc saxlanılıb

24 Sentyabr 2017 14:18

Tramp Koreyanı hədələdi: "TAB GƏTİRƏ BİLMƏYƏCƏKSİZ"

24 Sentyabr 2017 14:14

Sumqayıtda 2 otaqlı ev yandı

24 Sentyabr 2017 14:12

Azərbaycanda yerin altından saray tapıldı - FOTOLAR

24 Sentyabr 2017 14:08

Daha bir klubdan Fatih Terimə təklif

24 Sentyabr 2017 14:07

“CBC Sport”un rəhbəri keçmiş xanımı ilə ikinci dəfə evləndi - FOTO

24 Sentyabr 2017 14:07

Benzema avtomobil qəzasına düşdü - FOTO

24 Sentyabr 2017 13:59

ABŞ-ın nüfuzlu saytında Azərbaycan diplomatının Qarabağla bağlı məqaləsi dərc olunub

24 Sentyabr 2017 13:58

Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı

24 Sentyabr 2017 13:56

Son 5 il ərzində 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub

24 Sentyabr 2017 13:47

Almaniya seçkilərində Qomisə səs verdilər - FOTO

24 Sentyabr 2017 13:47

Yaponların uşaqlarınızı dahiyə çevirəcək - 10 QIZIL QAYDASI

24 Sentyabr 2017 13:43

DTX-nın Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub

24 Sentyabr 2017 13:37

"Topaz"da bu gün

24 Sentyabr 2017 13:37

“eTopaz”da günün canlı oyunları

24 Sentyabr 2017 13:37

Sünnət edilən rus çarı - Alman qızını 34 il çariça edəcək PLAN

24 Sentyabr 2017 13:33

İrandan İKRH-nə böyük şok

24 Sentyabr 2017 13:32

Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər

24 Sentyabr 2017 13:19

Mədət Quliyev: "Son illər reket jurnalistika ilə məşğul olanların sayı çoxalıb"

24 Sentyabr 2017 13:12

Bakıda gənc bacısı ilə yazışan oğlanı doğradı

24 Sentyabr 2017 13:12

DTX rəisi: Gənclərin səhv yollara düşməməsi üçün müvafiq işlər aparılır

24 Sentyabr 2017 13:03

Sabah hava necə olacaq?

24 Sentyabr 2017 13:03

Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib

24 Sentyabr 2017 13:03

DTX sədri: "Azərbaycan İŞİD-ə qoşularaq ölən vətəndaşların azyaşlı övladlarının geri qaytarılması üçün iş aparır"

24 Sentyabr 2017 13:02

Dövlətə xəyanət etmiş hərbçilərlə bağlı YENİ XƏBƏR

24 Sentyabr 2017 12:54

ABŞ kosmosa casus peyk buraxdı

24 Sentyabr 2017 12:54

DTX rəisi: “Azərbaycanda teror planlaşdıranların qarşısı alınır”

24 Sentyabr 2017 12:49

Mədət Quliyev: "Azərbaycanda terrora cəhd hazırlığı görən xeyli sayda şəxs zərərsizləşdirilib"

24 Sentyabr 2017 12:47

İŞİD-ə qoşulmuş azərbaycanlılardan 300 nəfəri ölüb - RƏSMİ

24 Sentyabr 2017 12:44

Bakıda məşhur restoranda ölüm

24 Sentyabr 2017 12:43

Mədət Quliyev: "İraqda 300-ə yaxın azərbaycanlı öldürülüb"

24 Sentyabr 2017 12:42

Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı

24 Sentyabr 2017 12:34

1 həftə əvvəl ana olan qızına təcavüz etdi

24 Sentyabr 2017 12:34

Ata avtobusdan düşüb qaçan 17 yaşlı qızını axtarır - BAKIDA

24 Sentyabr 2017 12:29

Azərbaycan Prezident “Neftçala” yarımstansiyasının açılışını edib

24 Sentyabr 2017 12:27

Prezident Neftçala Xəstəxanasının yenidənqurmadan sonrakı şəraiti ilə tanış olub

24 Sentyabr 2017 12:24

NATO konvoyuna hücum edildi

24 Sentyabr 2017 12:21

Prezident Neftçala Sənaye Məhəlləsinin açılışını etdi

24 Sentyabr 2017 12:19

Məşhur futbolçunun arvadı bütün sirrləri açıqladı - FOTOLAR

24 Sentyabr 2017 12:17

Xəstəliyə yoluxmuş meyvələrin Rusiyaya aparılmasına icazə verilmədi

24 Sentyabr 2017 12:14

İrəvanda böhran: ət kəskin bahalaşır

24 Sentyabr 2017 12:13

Bu gün voleybolçu qadınların Avropa çempionatında daha 7 qrup oyunu keçiriləcək

24 Sentyabr 2017 12:12

Sabaha olan hava proqnozu

24 Sentyabr 2017 12:11