Azərbaycanda elm sahəsində ilk dəfə 33 yaşlı şəxs professor olub

Azərbaycanda elm sahəsində ilk dəfə 33 yaşlı şəxs professor olub
22:12 17 İyul 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının 07 iyul 2017-ci il 13 nömrəli protokolu ilə Yusif Məmməd oğlu Babanlının professor elmi adı təsdiqlənib. 
"Report" xəbər verir ki, Attestasiya Komissiyasının Rəyasət Heyətinin 12 iyul 2017-ci il tarixdə isə iclasında diplom sahibinə təqdim edilib.
Məlumata görə, Ali Attestasiya Komissiyasının sədri Vəli Hüseynov, Rəyasət Heyətinin üzvlərindən akademik Xoşbəxt Yusifzadə, akademik Nizami Cəfərov Yusif Babanlını Respublikada ilk gənc olaraq professor elmi adı almağı münasibətilə təbrik ediblər. “Ən gənc professor”un dövlətin təhsil, idman, mədəni və ictimai-siyasi həyatında uğurlu rolunu, elmi-pedaqoji sahədə naliyyətlərini müsbət qiymətləndirərək ona uğurlar arzulayıblar.
Əlamətdar hadisə ilə bağlı açıqlama verən prof. Yusif Babanlı qazandığı uğurdan danışıb: “Hər bir sahədə olduğu kimi, idman sahəsinin də nəzəriyyəsini öyrənmək və metodiki əsaslarla inkişaf etdirmək bu istiqamətdə fundamental institutun formalaşmasına və güclənməsinə öz töhfəsini verə bilər. Azərbaycanın idman ölkəsi kimi tanınmasının da 1 nömrəli səbəbi məhz bu amillərdir. Mən bu nailiyyəti təkcə özümün deyil, bütünlükdə elm və idman ictimaiyyətinin uğuru hesab edirəm”.
Ən gənc professor nailiyyəti ilə bağlı qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə, idman və digər sahələrlə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir: "Ulu öndər bu sahələrə xüsusi həssaslıqla yanaşmış və daim qayğı göstərib. Məhz bu qayğının nəticəsidir ki, bu gün gənclər ölkənin elm-təhsil, mədəni, idman və ictimai-siyasi həyatında bacarıqlarını nümayiş etdirməkdədirlər. Bu da danılmaz faktdır ki, dahi öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən gənc alimlərin yüksək səviyyədə yetişdirilməsi üçün demək olar ki, lazımi şərait yaradılıb. Bu gün gənc alim, professor, mütəxəssislərin yetişdirilməsi və onlara dəstək Azərbaycan xalqının xoş gələcəyinə xidmətin əsas istiqaməti kimi dövlətin və dövlət qurumlarının daima diqqətindədir. Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın da hər bir sahədə sağlam mühitin yaradılması ilə bağlı gördüyü genişmiqyaslı işlər hər bir gəncin özünü təsdiqi üçün geniş imkanlar yaradır. Biz gənc nəsil də Dövlət Başçımızın elm-təhsilə yüksək səviyyədə qayğı və diqqətini alqışlayır və bu inamlı, uğurlu siyasəti daim dəstəkləyirik”.
Azərbaycanın ilk gənc professoru Babanlı Yusif Məmməd oğlu, 1984-cü ildə Naxçıvan MR, Ordubad rayonunda ziyalı ailəsində anadan olub. 1999-2001-ci illərdə Ordubad rayonunda orta məktəbdə təhsil alıb, 2001-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bakalavr, 2005-2008-ci illərdə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İkinci təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə alıb.
Akademiyanın ictimai həyatında fəallığı ilə seçilən Y.Babanlı 2001-ci ilin noyabr ayından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Həmkarlar Təşkilatının sədri olub.
O, 2001-ci ildən Boks Federasiyasının üzvü kimi yaxından fəaliyyət göstərməklə yanaşı Azərbaycan Respublikasının Boks idman növü üzrə “İdman ustası” adını alıb. 2009-cu ilin yanvar ayından Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü və Təşkilat Komitəsinin sədrdir. Həmçinin, Respublika dərəcəli hakim, Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və İdman işçisi adını alıb, 7 tələbəsi Avropa və dünya çempionu olub.
Y.Babanlı 2005-2008-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatının sədri vəzifəsində işləyərkən Akademiyanın digər ali məktəblər arasında nüfuzunun artmasında uğurlu fəaliyyətləri olmuşdur. Respublikanın ictimai-siyasi həyatında vətənpərvər və dövlətə sadiq gənc kimi fəaliyyətə 2002-ci ilin sentyabr ayından Yeni Azərbaycan Partiyasına (YAP) üzvülükdən başlayıb. YAP Respublika Gənclər Təşkilatı Şurasının üzvü və Nərimanov rayon YAP Gənclər Təşkilatının sədridir. YAP Respublika Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür. Həmçinin Prezident və Parlament seçkilərində YAP tərəfindən Respublika üzrə müşahidəçi olub.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasında baş müəllim, dosent və professor vəzifəsində çalışıb.
Doktorantura təhsilini 2011-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda almış və “İbtidai siniflərdə fiziki tərbiyənin texnologiyaları” adlı dissertasiyasını uğurla başa çatdıraraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin müdafiə şurasında müdafiə etmiş və Ali Attestasiya Komissiyasının qərarı ilə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2010-2016-ci illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında prorektor vəzifəsində çalışmış, hal-hazırda isə rektorun Tələbə gənclərlə iş üzrə müşaviri və Akademiyanın Həmkarlar İttifaqı Komitəsinin sədridir.
Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin rəyasət heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının və Yazıçılar Birliyinin üzvüdür.
Dövlət-hökumət qurumları, ictimai təşkilatlar tərəfindən bir çox Fəxri fərman, Diplom və medallarla təltif edilib. Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə AHİK-in İcraiyyə Komitəsinin medalı ilə, Azərbaycan Mədəniyyət işçiləri Müstəqil Həmkarlar İttifaqının 110 illik yubileyində ittifaqda xidmətlərinə görə medalla və Respublika Vetiranlar Təşkilatı tərəfindən Cəmşid Naxçıvanski adına medalla təltif olunub.
Səksən elmi məqalənin, 9 metodik vəsaitin, 6 dərs vəsaitin, 7 monoqrafiyanın müəllifi olan gənc professor Respublika və Beynəlxalq səviyyəli elmi-praktik konfranslarda yaxından iştirak etmiş və dövrü mətbuatda 100-ə yaxın məqaləsi dərc edilib.
Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçib. Ailəlidir. Bir övladı var.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır

22 Sentyabr 2017 23:21

Avropanın iki ölkəsi arasında sərhəd mübahisəsi yenidən gərginləşdi

22 Sentyabr 2017 23:13

Tovuzda doğuş zamanı körpə ölüb

22 Sentyabr 2017 23:12

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53

"Qarabağ" "Sumqayıt"ı peşman etdi - VİDEO

22 Sentyabr 2017 22:47

Ruhani ABŞ-ı hədələdi -

22 Sentyabr 2017 22:44

İlham Əliyev milli komandanın voleybol üzrə Avropa çempionatındakı oyununu izləyib

22 Sentyabr 2017 22:42

Bu tarixi abidəni 300 milyon insan ziyarət edib

22 Sentyabr 2017 22:38

Elmar Məmmədyarov: "Ermənistan rəhbərliyinin müharibə ritorikası münaqişənin tənzimlənməsi üzrə konstruktiv yanaşmaya niyyətli olmadığını göstərir"

22 Sentyabr 2017 22:32

Film qəhrəmanına bənzəmək üçün 200 əməliyyat keçirdi - SON HALI ŞOKA SALIR - FOTOLAR

22 Sentyabr 2017 22:28

Ankarada referendumla bağlı hansı qərarlar qəbul edildi? -

22 Sentyabr 2017 22:25

Trampla Ərdoğan razılığa gəlib -

22 Sentyabr 2017 22:15

Ağcabədidə ev əşyaları ilə birgə yandı

22 Sentyabr 2017 22:09

Hindistan Pakistana hücum etdi -

22 Sentyabr 2017 22:00

Abşeronda qonşular arasında - Qanlı dava

22 Sentyabr 2017 21:58

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ı darmadağın edib

22 Sentyabr 2017 21:57

Samir Abasov: "Səhvlərinə görə cavab verəcək"

22 Sentyabr 2017 21:47

Məşhur modelin sinəsi gündəm oldu - FOTOLAR

22 Sentyabr 2017 21:43

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

22 Sentyabr 2017 21:37

Qurban Qurbanov: "Bu gecə Romaya uçuram"

22 Sentyabr 2017 21:37

Donald Tramp -

22 Sentyabr 2017 21:35

Mey Avropa İttifaqından çıxışın tarixini açıqladı

22 Sentyabr 2017 21:28

Famil Ağayev: "Macarıstanın gücünü birinci setdə gördük"

22 Sentyabr 2017 21:22

Türkiyə sahillərində gəmi batdı -

22 Sentyabr 2017 21:15

40 yaşlı qadını ilan sancdı - Şəkidə

22 Sentyabr 2017 21:14

MTŞ-nın toplantısı başa çatdı -

22 Sentyabr 2017 21:14

İstanbul bələdiyyəsinin sədri istefa verib

22 Sentyabr 2017 21:08

AST Telmanın bütün sirləri ORTAYA ÇIXDI: 15 illik dostundan İNANILMAZ ZƏRBƏ

22 Sentyabr 2017 21:03

"Mariya" azı 15 nəfərin ölümünə, 20 nəfərin isə itkin düşməsinə səbəb olub

22 Sentyabr 2017 20:58

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sosial layihəyə başlayıb

22 Sentyabr 2017 20:57