Play Store

"Qarabağ" UEFA-ya müraciət edib

“Qarabağ” sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Samtredia”yla qarşılaşacaq.

Son illər AzərbaycanGürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb . Metbuat.az-ın məlumatına görə, bunu nəzərə alan “Qarabağ” qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib.

Matça Ermənistan və qondarma Dağlıq Qarabağın bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə klub UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb və stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib. Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR