Ceyhun: “Bu mahnı sevgililərin şüarına çevriləcək” - VİDEO

Ceyhun: “Bu mahnı sevgililərin şüarına çevriləcək” - VİDEO
22:48 17 İyul 2017
144 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Ceyhun Əliyev söz və musiqisi özünə məxsus olan “O mənim ulduzumdu” mahnısını təqdim edib.

Publika.az xəbər verir ki, “Qala” qrupunun rəhbəri saf sevgini tərənnüm edən mahnının şüara çevriləcəyinə ümid edir:

“Həyatda hər kəsin bir ulduzu var. İstəmirəm insanların bəxt ulduzları, saf niyyətlə başlayan sevgilər sönsün. İnsanlar mehriban olsun, boşanmalar olmasın. Bu mahnı insanların sülh şüarına çevrilsin istəyirəm. Həyatda hər şey müvəqqətidir. Ona görə, bir birimizin qədrini bilməliyik. Hərənin dilində ulduz bir cür səslənir – dan ulduzum, bəxt ulduzum, sülh ulduzum və s. Bu mahnını ərsəyə gətirdim və inanıramn ki, insanların hər biri bundan öz payını götürə biləcək ”.

Qeyd edək ki, mahnının aranjimanı Elvin İmanova, mixmaster işi Samir Əsədova məxsusdur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/206551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR