İsrail polisi və fələstinlilər arasında münaqişə: 20 yaralı

İsrail polisi şam namazını qılmaq üçün Məscid-i Aksanın önünə toplaşan insanlara müdaxilə edib.

Metbuat.az-ın məlumatına görə, fələstinlilər elektron-detektor tətbiqinə etiraz ediblər və bu səbəbdən şam namazını məscidin qapısı önündə qılmaq qərarına gəliblər. Lakin bu qərar İsrail polisi tərəfindən yaxşı qarşılanmayıb. Bu səbəbdən tərəflər arasında gərginlik yaranıb.

İsrail polisi plastik mərmi, səs bombası və bibər qazı ilə fələstinlilərə müdaxilə edib. Nəticədə 20 fələstinli yaralanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR