"ABŞ və İsrailin ortaq maraqları var" - Ağ Ev rəsmisi

"ABŞ və İsrail İranın Suriyada möhkəmlənməsinin əleyhinədir"

Metbuat.az-ın məlumatına görə, bu sözlər, İsrailin baş naziri Binyamin Netanyahunun fikirlərinə münasibət bildirən Ağ Ev rəsmisi Şon Spayserə məxsusdur.

"Biz İranın Suriyanın cənubunda güclənməməsi mövzusunda həmfikirik. Çünki hər iki ölkə məhsuldar sülh planının baş tutmasını istəyir. Baş nazirlərlə müzakirələri davam etdirmək məqsədəuyğundur. Ancaq bir daha qeyd edirəm: ABŞ və İsrailin bu mövzuda ortaq maraqları var".

Qeyd edək ki, ABŞ və Rusiya arasındakı yeni anlaşmaya əsasən, Suriyanın cənubunda yeni atəşkəs bölgəsi yaradılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR