"Sumqayıt" Superliqa klubuyla bacarmadı

"Sumqayıt" Superliqa klubuyla bacarmadı
01:07 18 İyul 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

“Sumqayıt” Türkiyədə hazırlığını sürdürür. Fanat.Az xəbər verir ki, Samir Abasovun yetirmələri bu gün Boluda ilk sınaq matçını keçirib.


 

Abasov komandasını Superliqa təmsilçisi “Osmanlıspor” önünə çıxarıb. Qızılcahamamda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

 

Ankaralılar 2:1 hesablı qələbə qazanıb. "Kimyaçılar"ın yeganə qolunu oyunun 16-cı dəqiqəsində Amil Yunanov vurub. Rəqibin heyətində 24 və 26-cı dəqiqələrdə fərqlənənTonia Tisdell isə dubl edib. 

 

Qeyd edək ki, 1978-ci ildə yaradılan və 2014-cu ildən “Osmanlıspor” adını daşıyan Türkiyə klubu ötən mövsüm UEFA Avropa Liqasında 1/16 final mərhələsinə qədər irəliləyib, ölkə çempionatında isə 13-cü yeri tutub.




Fanat.Az

 

 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsumqaytquot-superliqa-klubuyla-bacarmad-t59351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR