"Qarabağ" UEFA-ya müraciət etdi

"Qarabağ" UEFA-ya müraciət etdi
01:17 18 İyul 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Məlum olduğu kimi, “Qarabağ” sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Samtredia”yla qarşılaşacaq. Fanat.az xəbər verir ki, son illər Azərbaycan və Gürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu qarşılaşmaların bir neçəsində xoşagəlməz hadisələr yaşanıb.


 

Bunu nəzərə alaraq, “Qarabağ” Futbol Klubu qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq üçün həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib.


 

Matça Ermənistan və qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə ağdamlıların rəsmiləri UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb və stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib.

 

Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.




Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR