Play Store

SON DƏQİQƏ: Bakıda güclü partlayış - Ölü və yaralı var / VİDEO

Bakının mərkəzində atelye yanır.

Bu dəqiqələrdə Bakıda Cəfər Cabbarlı 28 ünvanında güclü partlayış baş verib. Hadisə şahidlərinin dediklərinə görə, içəridə kimyəvi təmizləmə maddələri olub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası bir saatdan artıqdır ki, Yanğını söndürməyə cəhd edirlər. FHN əmkdaşları hazırda atelyenin qapısını sındırıb içəri girməyə cəhd edirlər. İki polis əməkdaşı, bir sakin yaralanıb.

Atelyedə dərzi işləyən Mustafa adlı 67 yaşlı şəxs dünyasını dəyişib. İlkin məlumata görə, onun tüstüdən zəhərləndiyi bildirilir. Meyit içəridən çıxarılmayıb. Aidiyyatı qurumların əməkdaşlarının gəlişi gözlənilir. Qonşu Nərminə Əliyevanın dediklərinə görə, onun həyat yoldaşı Əfrasiyab Əliyev kömək etmək istəyərkən müxtəlif yanıq xəsarətləri alaraq, xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır. //Yenicağ.az

Hadisə yerindən görüntüləri təqdim edirik:


Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR - Az öncə açıqlandı... - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR