Play Store

Bolqar bibərinin erkəyi, yoxsa dişisi daha dadlıdır? - Necə seçək?

Bolqar bibərinin tərkibi C vitamini ilə zəngindir. Hətta sitrus meyvələrinin tərkibindəki C vitaminindən də çoxdur. Buna görə də iştahası olmayan uşaqların, C vitamini çatışmazlığı olan insanların yeməyinə bolqar bibəri qatmaq lazımdır. Bolqar bibəri mədədə yaxşı həzm olunur və metabolizmanı sürətləndirir. Ancaq bəzi tərəvəzlərdə olduğu kimi bolqar bibərinin də 2 cinsi var. Dişi cinsi C vitamini ilə daha zəngindir.

Metbuat.az olaraq sizə bu maraqlı faktı araşdırmışıq.


Bolqar bibərinin cinsini necə seçək?

Bolqar bibərinin alt hissəsində 4 çıxıntı dişi, 3 çıxıntı erkək olduğunu göstərir. Həmçinin dişi enli, erkək nisbətən uzunsov olur. Dad fərqində isə dişi bolqar bibəri erkəyə nisbətən daha şirin olur. Erkək bolqar bibəri möhkəm və nisbətən turş olur. Erkək cinsin içindəki tumlar da az olur.

Və ən əsası, bolqar bibərinin tərkibindəki zənginlik onun kök, saplaq hissəsindədir ki, biz də onu kəsib atırıq.


Qeyd: Bolqar bibəri alarkən onun saplaq hissəsinin tünd yaşıl və ətli olmasına diqqət edin. Saralmış və qurumuş olanları almaq məsləhət deyil. Üzərində ləkə olan bibərlər həşərat tərəfindən zədələnmiş olur. Soyuducuda 2 həftəyə qədər saxlamaq olar. Ancaq polietilin torbalara qoyulması məsləhət deyil.

Tahirə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR