Play Store

“Bakını seks şəhərinə bənzədirlər” - Murad Arif əsəbiləşdi

“Turistlərin rahatlığı üçün küçələrimizdə “seks-turizmə” də başladıq?”

Metbuat.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif şəhərdə baş verən hadisələr haqda "Facebook" səhifəsində yazıb: 

“Kəlmələrin gücü olmalıdır. Sözün kəsərini qorumaq lazımdır. Əslində "mentalitet" gözəl ifadədir, ta ki ondan pərdə kimi istifadə edənədək, o sözün şitini çıxardanadək. O qədər normal sayılacaq şeyləri - məsələn, ər-arvadın əl-ələ tutub gəzməyini, uşağın yanında yoldaşına sevgisini bildirməyi, müğənni bəylərin saç boyamasını, boşanmış qızlarımızın ikinci dəfə ailə qurmağını, cavan uşaqların yayda şortik geyinməyini mentalitetə sığışdırdınız ki, əsl dəyərlərdən, ərəblərin quş ovundan fikrinizi yayındırdınız. Azərbaycanlılar torpaq qarışıq çox şeyi itirdi. Turistlərin rahatlığı üçün küçələrimizdə “seks-turizmə” də başladıq? Onsuz da dünya ictimaiyyətinin gözündə “işğal olunmuş” (burada başqa kəlmələr də yer ala bilərdi, amma milli mətbuat mövzunu dəyişə bilər deyə, işlətmədim) gündəyik. Bundan sonra “Martirosyanların” Rusiya kanallarında Bakını “rahat seks” şəhərlərinə bənzədib vedrə qoşmaqları qalıb. Dəyər axtarıram ki, bizi özümüzə gətirsin”. 

Dilarə Zamanova

Tanınmış modelə təcavüz etmək istəyən şəxs həbs olundu - FOTO - Oxumaq üçün bura tıkla




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR