Play Store

Benzinlə bağlı vacib xəbər - Az öncə açıqlandı

Azərbaycanda 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib.

Məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.

Yeni dəyişikliklərə uyğun olaraq, Azərbaycana gətirilən mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla), tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Azərbaycan ərazisinə gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Bu qərarlar 90 gün müddətində qüvvədə olacaq.

SOCAR-dan bildiriblər ki, Nazirlər Kabinetinin bu qərarı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda planlı profilaktika ilə əlaqədar neft məhsulları istehsalının müvəqqəti dayandırılması ilə bağlıdır. Bunun nəticəsində müəyyən həcm xaricdən idxal olunacaq.//Trend

Neft bahalaşmaqda davam edir - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR