Sahil bağında qətlə yetirilən oğlanla bağlı MARAQLI FAKT

Sahil bağında qətlə yetirilən oğlanla bağlı MARAQLI FAKT
17:04 8 Yanvar 2015
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda “Sahil” bağında it gəzdirən şəxsin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından report-a bildirilib ki, gəzdirdiyi it Həsən Həsənovun özünün olmayıb. İt adı açıqlanmayan rus qadının olub. H.Həsənov isə iti gəzdirdiyinə görə pul alırmış. Hadisədən sonra itin sahibi olan qadın da istintaqa cəlb edilib.

 

Lent.az-ın məlumatına görə, H.Həsənov keçən il dekabrın 31-dək Bakı şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsində nəzarətçi işləyib.

 

Qeyd edək ki, yanvarın 6-da Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə xəstəxanaya yerləşdirilib. H.Həsənovla eyni vaxtda bıçaqlanmış Orxan Məmmədzadənin vəziyyəti ağırdır.

 

Hadisəni törədən 27 yaşlı Elçin Çobanov artıq həbs edilib.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR