Play Store

İstanbulda güclü yağış həyatı iflic etdi - VİDEO

İstanbulda son illərin ən güclü yağışı yağıb.

Metbuat.az xəbər verir ki, gecədən başlayan yağış səhər saatlarında selə səbəb olub.

Güclü yağış yalnız ictimai nəqliyyatı deyil, eyni zamanda uçuşları da iflic edib. Düşən 50-60 mm yağıntı avtomobilləri suya qərq edib.

İstanbul Böyük Şəhər Bələdiyyəsi insanlara ehtiyac olmadığı təqdirdə avtomobillərdən istifadə etməmək haqda xəbərdarlıq edib.

Hidrometeoroloji proqnozlara əsasən yağıntıların daha da qüvvətlənməsi gözlənilir. 

Rusiyada zəlzələ baş verdi - Sunami təhlükəsi var-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR