Play Store

Bakıda dərzi sexində yanğın - 1 ölü, 1 yaralı

Paytaxtda dərzi sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 4 otaqdan ibarət dərzi sexinin 3 otağının yanar konstruksiyaları 45 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı 1951-ci il təvəllüdlü Yusubov Mustafa Leysan oğlunun cəsədi aşkar olunub.

Sexin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın saat 09:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qətl törədən 22 yaşlı gənc tutuldu - Suraxanıda - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR