Play Store

Tovuzda dəhşətli hadisə - İki qızı ilan sancdı

Tovuz rayonunda iki qızı ilan sancıb.

Bu barədə Metbuat.az-a Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat veriblər.

Bildirilir ki, hadisə iyulun 17-də axşam saatlarında baş verib. Tovuz rayonunun Ağdam kənd sakini, 2010-cu il təvəllüdlü Həsənova Aysu Zaur qızını həyətlərində oynayarkən sağ baldır nahiyəsindən ilan sancıb.

Həmin gün rayonun Əlibəyli kənd sakini, 2001-ci il təvəllüdlü Tağıyeva Gülnarə Rövşən qızı da ilan sancması ilə xəstəxanaya gətirilib.

Hazırda xəstələrin müalicəsi davam etdirilir.

Bakıdakı zəncirvari yol qəzası - 2 nəfər öldü - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR