Ürək əməliyyatlarına həsr olunmuş konfrans

Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunan nailiyyətlərə həsr olunan mətbuat konfransı keçirilib.

Metbuat.az xəbər verir ki, Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, deputat Rəşad Mahmudov çıxışında dünyada ürək-damar xəstəliklərinin ölümün və əlilliyin yaranması problemlərin önündə gəldiyini bildirib. O, qeyd edib ki, ötən il ölkədə qeydə alınan ölüm hallarının 57,8 faizi ürək-damar xəstəlikləri və qan dövranı sistemlərinin pozulması ilə bağlı olub.

Cərrah Rəşad Mahmudov çıxışında deyib: “2017-ci il 6 mart tarixində Bakı Ürək Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan səhiyyəsinin növbəyi uğuru olub. Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanda ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, həmçinin bu sahədə çalışan peşəkarların dolğun fəaliyyətinə hərtərəfli şərait yaratmaqdır.

Cərrah əlavə edib ki, tibb müəssisəsi ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlarla təchiz edilib.

Mərkəzdə Azərbaycanda ilk dəfə olaraq “hibrid” əməliyyat bloku yaradılıb. Ümumilikdə, Bakı Ürək Mərkəzində həm böyüklərə, həm də uşaqlara ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazların köməyi ilə müayinə və müalicə, eləcə də invaziv-kardioloji və açıq cərrahiyə əməliyyatları həyata keçirilir. Cərahiyyə əməliyyatından sonra xəstələrin müalicəsi davam etdirilir, onlar kardioreabilitasiya dövründə hərtərəfli tibbi xidmətlə əhatə olunurlar. 4 reabilitasiyanın – Nevroloji, ortopedik, kardioloji və pediatrik reabilitasiyanın aparılmasının eyni mərkəzdə cəmləşməsi də RMDM-i digər tibb müəssisələrindən fərqləndirən cəhətdir.

Mərkəzdə xəstələrin qəbulu və müalicəsini yüksək ixtisaslı həkim-mütəxəssislər aparır.

Bütün bu göstəriciləri özündə birləşdirən Respublika Müalicəvi Diaqnostika Mərkəzi Amerika Birləşmiş Ştatlarının qızıl sertifikatına JCİ (Joint Commission İnternational) layiq görülüb, mərkəzi laboratoriyası isə beynəlxalq İSO sertifikatını alıb.

Sonda Ürək Mərkəzinin həkim heyəti jurnalistləri xəstəxananın texnika və avadanlıqları ilə tanış edib.

Aysel Yaqubqızı / Metbuat.az

Azərbaycanda könüllü donorların sayı artıb -Açıqlama -Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR