Təmas xəttində monitorinq keçiriləcək - ATƏT

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 19-da Göygöl rayonu Ömər dağ keçidində yerləşən AzərbaycanErmənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

 Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumata verilib.

Məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndə Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Joviç və Saymon Tiller keçirəcəklər.

Cəbhədə son vəziyyət - Düşmən atəşkəs rejimini 138 dəfə pozdu - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR