Play Store

Ağdamda mərmi qalıqları tapılıb - FOTOLAR

Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində 2 ədəd partlamış minaatan mərmisinin qalıqları aşkar edilərək götürülüb.

Bu barədə Metbuat.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Məlumatda bildirilir ki, iyulun 18-də 12:36-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən ANAMA-ya Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində 2 ədəd partlamamış sursatın aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Ağdam rayonu, Orta Qərvənd kəndi ərazisində 1 əkin sahəsinə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 2 ədəd partlamış minaatan mərmisinin qalıqları aşkar edilərək götürülüb.

Aşkar olunmuş mərmi qalıqlarının ətrafında 5 000 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Tovuzda dəhşətli hadisə - İki qızı ilan sancdı - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR