Play Store

"Şimali Koreyanın ballistik raketlə ABŞ-ı vurması mümkün deyil" - Amerikalı general

"KXDR mümkün qədər qısa müddətdə qitələrarası ballistik raketlər hazırlamağa çalışır, ancaq hələlik ABŞ-a dəqiq zərbə endirə bilməzlər".

Metbuat.az-ın məlumatına görə, bu sözlər amerikalı general Pol Selvaya məxsusdur.

"Şimali Koreyanın son sınaqlarının nəticələri bir daha təsdiqləyir ki, indiki dövrdə onların ABŞ-ı vurması mümkün deyil. Prinsip etibarı ilə, razıyam ki, koreyalılar ballistik raketlərin hazırlanması prosesində sürətli inkişaf yolu keçiblər. Ancaq mütəxəssislər mənə dedilər ki, onlar nəzarət məsələsində və raketin dəqiq idarə edilməsində hələ geridədirlər", - deyə general əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR