Çempionlar Liqası: "Qarabağ" III mərhələdə (YENİLƏNİB)

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Metbuat.az-ın məlumatına görə, təmsilçimiz "Qarabağ" ilk görüşdə 5:0 hesabı ilə məğlub etdiyi "Samtredia"nın qonağı olub.

Oyunun taleyini Geryenin 22-ci dəqiqədə vurduğu qol həll edib. Beləliklə, minimal hesabla qələbə qazanan "Qarabağ" ümumi hesabda rəqibini 6:0 üstələyərək, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqəni təmin edib.

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunları

18 iyul

"Samtredia" (Gürcüstan) - "Qarabağ" (Azərbaycan) - 0:1

Qol: Gerye, 22 Baş hakim: Srcan Yovanoviç

Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç

Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)

Tiflis. Boris Payçadze adına “Dinamo Arena”

İlk oyun – 0:5

Qeyd edək ki, "Qarabağ"ın III mərhələdəki rəqibi "Kukesi" (Albaniya) - "Şerif" (Moldova) cütünün qalibi olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR