Goranboyda qadın sürücünün idarə etdiyi maşın aşıb: 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşıb, 4 nəfər xəsarət alıb. Hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, Naftalan şəhərində yerləşən sanatoriyalardan birinin qadın rəhbəri öz işçilərini – 3 qadını evlərinə aparan zaman idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobilinin qarşısına qoyun çıxıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Qəza zamanı müxtəlif xəsarətlər alan 4 qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.  

Yaralıların Gəncədə olan tibb müəssisələrdən birinə aparılması nəzərdə tutulub.

Ölən və xəsarət alanların kimliyi müəyyənləşdirilir.  

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. (Mənbə: APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR