Play Store

"Futbolçularım nəticə üçün maksimum çalışdılar" - Qurban Qurbanov

Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında səfərdə "Samtredia"nı 1:0 hesabıyla məğlub edərək, arıdıcl IV dəfə III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Metbuat.az-ın məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Hava həddindən artıq isti idi, oynamaq çətin oldu. Oyun keyfiyyətlərini görməsəm də, komandanın durumundan razı qaldım. Bir qədər çox top itkilərimiz oldu. Buna baxmayaraq, bütün oyunçulardan razı qaldım.

Futbolçularım nəticə üçün maksimum çalışdılar. Rəqibə gəlincə, komandanın yüksək motivasiyası var, bizə qarşı yaxşı oyun sərgilədilər. Məncə, “Samtredia” yaxın zamanlarda Gürcüstanın ən yaxşı komandalarından biri olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR