Suriyada atəşkəs bölgəsinə hücum: 4 ölü, 12 yaralı

Bəşər Əsəd rejiminə məxsus hərbi qüvvələr Suriyanın paytaxtı Dəməşqdə müxalifətçilərin nəzarətində olan Şərqi Quta bölgəsinə hücum ediblər.

Metbuat.az-ın məlumatına görə, hücum nəticəsində 4 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Əsəd qüvvələrinin yardım maşınlarının Qutaya daxil olmasına izin vermədikləri iddia olunur.

Qeyd edək ki, Şərqi Quta Suriyadakı atəşkəs bölgələrindən biridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR