Play Store

Bazarda toyuq ətinə tələbat artıb - Qiymətlər necədi?

Son günlər bazarda toyuq ətinə tələbat artıb. Satıcılar da bunu təsdiq edir. Onlar bildirirlər ki, toyuq ətinə tələbatın artması qiymətlərə təsir etməyib.

 İqtisadçı Məhəmməd Talıblı Metbuat.az-a açıqlaması zamanı bildirib ki, bazarda toyuq ətinə tələbin artmasının mal və qoyun ətinin qiymətlərinin yüksəlməsi ilə də əlaqəsi var:

“Vətəndaşlar daha səmərəli alternativi seçmək məcburiyyəti ilə qarşılaşırlar. İkincisi, yay fəslində mal və toyuq ətinə nisbətən quş ətinin satışında artımlar qeydə alınır. Bu isə mövsümi amillə bağlı olub epizodik xarakter daşıyır”.

Qeyd edək ki, hazırda bazarda kənd çolpasının qiyməti 5-6 AZN, broyler toyuğunun 1 kiloqramının qiyməti isə 4 AZN-dən başlayır. 

Qarpızın içindən çıxan hər kəsi təəccübləndirdi –VİDEO – Oxumaq üçün tıklayın!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR