ƏHALİYƏ ŞAD XƏBƏR: O problem həllini tapdı - Əlavə avtobuslar olacaq

Bu gün şəhərətrafı ərazilərdə yaşayan əhali nəqliyyat problemindən ciddi şəkildə əziyyət çəkir.

Təsəvvür edin, böyük bir qəsəbə salınır, məktəb tikilir, insanlar yerləşdirilir, lakin həmin istiqamətə yalnız bir avtobus xətti buraxılır. 

Nümunə kimi 525 saylı avtubusu göstərək. Marşurt xəttinin yolu "Memar Əcəmi" stansiyasının qarşısından başlayır və 760-dan çox qaçqın və məcburi köçkünün yaşadığı Abşeron rayonunun Masazır qəsəbəsindəki "Zəngilan şəhərciyi"ndə bitir. Üstəlik, yolüstü Xırdalan, Binəqədi, Masazır istiqamətində gedən sakinlər də həmin avtobusdan istifadə etməyə məcbur olurlar. Bu da günün pik saatlarında avtobuslarda sıxlıq yaradır. 

Məsələ ilə bağlı Metbuat.az-a münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, bunların hamısı plansız məskunlaşmanın fəsadlarıdır:

“Şəhərsalma məsələsində çox ciddi plansızlıqlar var. Salınan hər bir yeni ərazinin ümumi planı olmalıdır. Ümumi planlamada orada məskunlaşmanın həcmi, tikilən binaların sayı, nəqliyyat məsələsi olur. Amma bunların hamısı hesablanmır. Hansısa bir əraziyə avtobus xətti çəkmək istənilən zaman görürlər ki, həmin istiqamətdə normal avtomobil yolu yoxdur. Sahibkar həmin istiqamət üzrə avtobusun getməsini istəmir. Bu da nəqliyyat problemini formalaşdırır".  

Şəhərətrafı ərazilərdəki nəqliyyat problemi ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, marşurt avtobuslarının paylanılması, şəbəkənin bölüşdürülməsi Bakı Nəqliyyat Agentliyinə qədər olan məsələlərdir:

“Sözügedən əraziyə BNA baxmır. Bəzi problem və çatışmazlıqlar var. Həmin problem və çatışmazlıqların həlli istiqamətində işlər aparılır”.

Problemlə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata əsasən, 525 saylı marşrut xəttində gündəlik 15 ədəd “Daevoo” markalı iri tutumlu avtobuslarla əhaliyə nəqliyyat xidməti göstərilir:

“Avtobuslararası interval günün səhər və axşam pik saatlarında 4-5 dəqiqə, qalan vaxtda isə 8 dəqiqə təşkil edir. Səhər və axşam pik saatlarında sərnişin axını əməkdaşlarımız tərəfindən öyrənilib və müəyyən edilib ki, həqiqətən də sərnişin daşınmasında çətinliklər yaranır. Ona görə də, həmin marşrutun daşıyıcısı İsmayılov Murad Məmməd oğluna günün pik saatlarında marşruta əlavə avtobusların cəlb edilməsi ilə bağlı göstəriş verilib”.

USTA MƏSLƏHƏTİ: Benzinə bu üsulla qənaət edin – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR