Qadın sürücü qəza törətdi

Goranboyda qadın sürücü qəza törədib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, iyulun 18-də saat 20:00 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin ərazisində Naftalan şəhər sakini Ceyhunə Hüseynova idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb.

Qəzada avtomobildə olan 2 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Sahibə Hacıyeva xəstəxanada ölüb.

Goranboy RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Qusarda narkotik alverçisi saxlanıldı - FOTOLAR - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR