Xəzər rayonunda tövlə yanıb, tövlədə olan 10 baş heyvan xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 4 tonu yanıb.
Yaxınlıqda olan tövlədən 9 baş iribuynuzlu və 1 baş xırda buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilib.
Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın saat 11:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yol polisini vurub qaçan şəxslə bağlı - SON MƏLUMAT - Oxumaq üçün tıkla |