"Real"ın futbolçusu karyerasını "Çelsi"də davam etdirəcək - 80 milyon...

"Real"ın hücumçusu Alvaro Morata karyerasını İngiltərədə davam etdirəcək.

Metbuat.az İspaniyanın məşhur "Marca" nəşrinə istinadən xəbər verir ki, ispan futbolçu yeni mövsümdən etibarən "Çelsi"nin formasını geyinəcək. İddialara görə, tərəflər arasında artıq razılıq əldə olunub. Transfer "mavilər"ə 80 milyona avroya başa gələcək.

Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Morata hazırda "Real"ın ABŞ-dakı düşərgəsindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR