Kanadada məscidə növbəti hücum dalğası: Təhrif edilmiş Qurani Kərim və təhqirlərlə dolu məktub

Kanadanın Kvebek şəhərində yerləşən məscidin önünə, içərisində təhrif edilmiş Qurani Kərim və İslam dininə dair təhqirlərin yer aldığı bir məktub olan paket qoyulub.

Metbuat.az bildirir ki, məlumatı Kvebek polisinin mətbuat xidmətinin rəhbəri Deyvid Poitras təsdiqləyib. Hazırda məsələ ilə bağlı irimiqyaslı araşdırma başlayıb.

Kvebek əyalətinin baş naziri Filipp Kuilyard baş verənləri "iyrənc addım" adlandırıb.

Qeyd edək ki, yanvar ayında sözügedən məscidə edilən hücum nəticəsində 6 müsəlman dünyasını dəyişmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR