Play Store

Çempionlar Liqası: "Qarabağ"ın rəqibi müəyyənləşdi

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları davam edir.

Metbuat.az-ın məlumatına görə, təmsilçimiz "Qarabağ"ın 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"Kukesi" ilk görüşdə 0:1 hesabı ilə məğlub olduğu "Şerif"i qəbul edib. Ev sahibləri 35-ci dəqiqədə hesabı açıb. Emini fərqlənib. Albaniya təmsilçisi birinci hissənin sonuna kimi fərqi artırmağa da imkan tapıb.

56-cı dəqiqədə "Şerif" Bayalanın vurduğu qol sayəsində hesab arasındakı fərqi azaldıb. Oyunun kulminasiya nöqtəsi isə 81-ci dəqiqəyə təsadüf edib. "Kukesi"nin heyətində Peyiç penaltini dəqiq yerinə yetirə bilməyib. Beləliklə, "Şerif" səfərdə vurulan qol hesabına mərhələ adlayaraq "Qarabağ"ın rəqibi olub.

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunları

19 iyul

"Kukesi" (Albaniya) - "Şerif" (Moldova) - 2:1

Qollar: Emini, 35, Peyiç, 45+1 - Bayala, 56

İlk oyun - 0:1


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR