"Bu addımlar qarşısıalınmaz nəticələrə səbəb ola bilər" - Misir İsrailə xəbərdarlıq etdi

Misir hökuməti Məscid-i Aksada fələstinlilərə qarşı şiddət tətbiq edilməsi ilə bağlı İsrail rəhbərliyinə xəbərdarlıq edib.

Metbuat.az-ın məlumatına görə, Misir Xarici işlər nazirliyinin bəyanatında qeyd olunub:

"Fələstin xalqının dini öhdəliklərini azad və təhlükəsiz şəkildə yerinə yetirmək haqqı var. İki ölkə arasında gərginliyə səbəb olacaq hərəkətlərə son qoyulmalıdır.

Məscid-i Aksanın imamı Şeyx İkrimə Sabrinin öldürülməsi və fələstinlilər arasında yaralananların olması qarşısıalınmaz nəticələrə səbəb ola bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR